12px13px15px17px
Tarix:21/10/14

Rusiyada “Skype”ın analoqu yaradılacaq

“Rostelekom” marşrutizasiya qaydalarını pozmadan işləyən messencerin yaradılması üzrə tender elan edib.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Rostelekom” “Skype”ın analoqu olacaq bu messencerin hazırlanmasını nəzərdə tutan müqavilənin qiymətinin maksimum 73 milyon rubl təşkil edəcəyini bildirib.
 
Operator bu VoIP-servisi 2015-ci ilin birinci yarısında istifadəyə vermək niyyətindədir.
 
Artıq “Technoserv”, “CTI”, “Teligent” və “Inlain Telecom Solutions” şirkətləri tenderdə iştirak üçün müraciət ediblər.
 
Tenderin nəticələri noyabrın 6-da elan ediləcək.

İstifadəçilər telefon abunəçiləri ilə əlaqə saxlamaq üçün real telefon nömrəsi alacaqlar və planşetdən mobil və şəhər nömrələrə zəng edə biləcəklər. Xidmətə şəhər telefonunun nömrəsini də əlavə etmək və onu mobil nömrə kimi istifadə etmək olar.



Aynur Vəliyeva



Baxış sayı: 443

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2020

22 02 2020

22/02/20
“Huawei” 5G-nin kommersiya istifadəsi üçün 91 müqavilə bağlayıb

Çinin “Huawei” şirkəti 5G texnologiyasının kommersiya istifadəsi üçün  91 müqavilə bağlayıb

22/02/20
“Xiaomi” 100 ən innovativ şirkətlər siyahısına daxil edilib

“Clarivate Analytics Plc.” şirkətinin hesabatına əsasən, “Xiaomi” ikinci dəfə dünyanın 100 ən 

22/02/20
Yaponiya Marsın peykinə kosmik zond göndərəcək

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentlyi (JAXA) Marsın Fobos peykinə zond göndərmək planı