12px13px15px17px
Tarix:21/10/14

“Startup Azərbaycan” Təşkilat Komitəsi layihəsinə könüllüləri cəlb edir

“Startup Azərbaycan” Təşkilat Komitəsi (TK) “Startup Günləri” layihəsinə dəstək məqsədilə könüllülər (volunteer) və ekspert - mentorlar cəlb edib.
 
“Startup Azərbaycan”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Startup Günləri”ndə komandalar tərəfindən hazırlanacaq startupların (layihələrin ilkin variantlarının - prototiplərin) qiymətləndirilmə meyarları artıq müəyyən edilib.
 
Hazırlanacaq startupların (layihələrin ilkin variantlarının - prototiplərin) qiymətləndirilmə meyarları “Komanda”  (şanslılıq, təcrübə, bacarıqlar və s. ), “Layihənin davamlılığı” (konkret  plan, rəqabətə davamlılıq, investisiya imkanları, bazarda liderlik  və s.), “Layihənin ideyası və cəlbediciliyi”  (biznes planın anlaşıqlığı, cəlbedicilik, reallıq, risklər və s.), “Layihənin gəlirliliyi” (Rentabellik, İnvestisiyanın geri dönüşü müddəti, investment və s. ), “Layihənin əhatə dairəsi” (Ərazi,  insan sayı (user), xitab etdiyi seqment  və s.), “Xüsusi rəy”in (Münsifin layihə ilə bağlı  xüsusi rəyi) olmasıdır.
 
Münsiflər hər bir kriteri üzrə 10 ballıq sistemdən istifadə edərək qiymətləndirmə aparacaq. Yekun bal qeyd olunan kriterilər üzrə verilən ballar cəmlənməklə hesablanacaq.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024