12px13px15px17px
Tarix:21/10/14

Tədqiqat: çinlilərin 57%-i pasportun əvəzinə smart saatdan istifadəyə hazırdır

“GfK” şirkəti tərəfindən keçirilmiş tədqiqata əsasən, Çin, Almaniya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ-dan olan istifadəçilər "ağıllı" saatlardan gediş haqqının ödənilməsi, həmçinin öz hesablarına giriş üçün istifadəyə hazırdırlar.
 
Bundan başqa, istifadəçilərin əksəriyyəti sağlamlıq vəziyyəti haqda informasiyanın ötürülməsi üçün smart saatdan istifadə etməkdə maraqlıdırlar. Beş ölkədə rəyi soruşulmuş insanların təxminən yarısı bu ideyanı dəstəkləyib.
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, respondentlərin 45%-i “ağıllı” saatlardan kompüter və ya onlayn hesablara giriş üçün identifikator kimi istifadəyə qarşı deyillər, həm də bu funksiyaya maraq istifadəçilərin yaşı ilə birgə artır.
 
Rəyi soruşulmuşların 38%-i daha da irəli gedərək pasportların əvəzinə daşınan cihazlardan istifadəyə hazırdırlar. Bu ideya Çində daha populyardır: orada respondentlərin 57%-i bu ideyanı dəstəkləyib, ABŞ (41%) ikinci yerdədir. Almaniyada smart saatlardan "ağıllı" şəxsiyyət vəsiqəsi kimi istifadəyə daha tənqidi yanaşıblar, rəyi soruşulanların yalnız 20%-i bu ideyaya razılıq verib.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024