12px13px15px17px
Tarix:21/10/14

Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri: “İnternet idarəçiliyi üzrə beynəlxalq konvensiya qəbul edilməlidir”

Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Koreya Respublikasının Busan şəhərində keçirilən Səlahiyyətli Konfransı çərçivəsində internet idarəçiliyi üzrə beynəlxalq konvensiyanın qəbul edilməsi təklifi ilə çıxış edib.
 
“İnternet infrastrukturu idarəçiliyi üzrə beynəlxalq konvensiyanın hazırlanması və qəbul edilməsinin müzakirəsi məqsədəuyğun olardı. Beynəlxalq ictimaiyyət tərəfindən informasiya-kommunikasiya texnologiyalarından (İKT) Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi, BTİ Nizamnaməsi, həmçinin onun Konvensiyası və reqlamentinə zidd məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün səylərin səfərbər edilməsi tələb olunur. İKT-dən uğurlu, etibarlı və təhlükəsiz istifadə üçün bu sahədə münasibətləri tənzimləyən beynəlxalq norma və qaydalara ehtiyac duyulur”, - nazir qeyd edib.
 
O vurğulayıb ki, konvensiya domen adları qeydiyyatçılarının məlumat bazasında informasiyanın yoxlanılmasını qeyri-mümkün edən ünvanlı marşrut informasiyasının təhrif olunması təhlükəsinə görə qəbul edilməlidir. Nazirin fikrincə, sənəd BMT-nin himayəsi altında hazırlanmalıdır. Bu normalar dövlətlərin daxili işlərinə qarışmamaq, ölkələrin internet infrastrukturunun idarəçiliyi prosesində bərabər və şəbəkənin milli seqmentində infrastrukturun idarə edilməsi məsələlərində suveren hüquqlara malik olmaq prinsiplərinə sadiqlikdən irəli gəlməli, habelə beynəlxalq hüquq və insanların əsas hüquq və azadlıqlarının riayət olunmasına əsaslanmalıdır.  
 
İnternetin quruluşunu nəzərə alaraq domen adları sisteminin fəaliyyətində boşluqları sezmək mümkündür. Bununla belə qənaətə gəlmək olar ki, internet infrastrukturu idarəçiliyinin dəyişmə prosesi ardıcıl, şəffaf, insanların tələblərinə cavab verən olmalıdır, - "Computerworld” yazır.   
 



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024