12px13px15px17px
Tarix:22/10/14

Cari ilin üçüncü rübündə “Yahoo!”-nun xalis mənfəəti 6,8 milyard dollar təşkil edib

2014-cü ilin üçüncü rübündə ABŞ-ın “Yahoo!” korporasiyasının xalis mənfəəti 6,8 milyard dollar (“Alibaba Group”un səhmlərinin satışından əldə olunan gəlir də daxildir) təşkil edib. Ötən il bu göstərici 297 milyon dollar olub.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hesabat dövründə “Yahoo!”-nun mədaxili 1,148 milyard dollar olub.
 
“Yahoo!” axtarış sistemindən əldə olunan gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% (450 milyon dollaradək) artıb. Bu halda reklamdan əldə olunan gəlir 6% azalaraq 396 milyon dollar təşkil edib. Şirkətin mobil xidmətlərdən əldə olunan mədaxili 200 milyon dollar təşkil edib.
 
“Yahoo!” ABŞ-ın “Yahoo Search” axtarış sistemi və onunla bağlı məhsullarla (Yahoo Directory, Yahoo Mail, Yahoo News, Yahoo Finance və s) tanınmış axtarış sistemidir. Şirkətin kapitallaşdırma dəyəri 39,9 milyard dollar təşkil edir.
 
Emil Hüseynov
 



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024