12px13px15px17px
Tarix:23/10/14

İlin sonunadək satılmış “iOS” qurğularının sayı bir milyardı ötəcək

Artıq cari rübdə “Apple”ın tarixində “iOS” platforması ilə işləyən satılmış mobil qurğuların sayı bir milyardı ötəcək.

“iOS” platforması hazırda “iPhone” smartfonları, “iPad” planşetləri və “iPod touch” cib pleyerlərində istifadə olunur. 2007-ci ildə “Apple”ın direktoru Stiv Cobs şirkətin birinci smartfon modelini tanıdıb. Bu aparatın texniki xüsusiyyətləri aşağıdakı kimi olub: 620 MHs takt tezlikli “Samsung S3C6400” prosessoru, 320x480 təsvir ölçülü 3,5 düymlük ekran, 128 MB əməli yaddaş və 2 meqapiksellik kamera. Hətta “3G” şəbəkəsi dəstəklənməyib.

Amma məhz orijinal “iPhone” smartfon sahəsinin sürətli inkişafına təkan verib.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, 2010-cu ildə cənab Cobsun təqdim etdiyi “iPad” planşeti də partlayan bomba effekti yaradıb.

Son illərdə “iOS” qurğularının satış həcmi davamlı olaraq artır. Sentyabrın 27-də bitmiş 2014 maliyyə ilində “Apple” şirkəti bu proqram platforması ilə işləyən təxminən 250 milyon cihaz satıb. Birinci "iPhone" smartfonunun buraxılmasından tədarük edilmiş “iOS” qurğuların sayı 950 milyona çatıb.


Emil Hüseynov
 
 
 



Baxış sayı: 443

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2019

17 11 2019