12px13px15px17px
Tarix:24/10/14

Ünvanlı yardım almaq üçün yaradılacaq regional qurumlara elektron formada müraciət etmək mümkün olacaq

Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri davam etməkdədir. Bununla da artıq vətəndaşların ünvanlı yardım almaq üçün yaradılacaq regional qurumlara elektron formada müraciət etmək imkanları olacaq.
 
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən kollegiya iclasında məlumat verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nazir əhalinin rifah halının yüksəldilməsi, yardımların təyinatında ünvanlılığın təminatı istiqamətində aparılan işlər nəticəsində ünvanlı yardım alan ailələrin sayının 17,1 faiz azaldığını diqqətə çatdırıb.
 
S.Müslümov hesabat dövründə daha 30 yeni peşə standartının layihəsinin hazırlandığını, məşğulluq orqanlarının 22 700  nəfəri  münasib işlərlə təmin etdiyini, 2982 nəfər işsiz və işaxtaran vətəndaşın peşə kurslarına cəlb olunduğunu, eyni zamanda hesabat dövründə aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi xidmət sahələri üzrə nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin dəfələrlə azaldığını vurğulayıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 793

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024