12px13px15px17px
Tarix:25/10/14

ABŞ xüsusi xidmət orqanları tibbi alətlərdə boşluqlar axtarır

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security) xəstəxanalar üçün tibbi alət və avadanlıqlarda ciddi boşluqlarla əlaqədar ola bilən iyirmiyə yaxın hadisənin təhqiqatı ilə məşğuldur. Hökumət ehtiyat edir ki, belə qurğular hakerlər üçün boşluqlar yarada bilər.
 
Tibbi alətlərin yoxlanılması Sənaye idarəetmə sistemlərində fövqəladə hallara reaksiya Qrupuna (ICS-CERT) həvalə olunub.  
 
Yoxlamalar aparılması barədə rəsmi məlumat yoxdur. Qeyd olunur ki, indiyədək hücum qeydə alınmadığına görə kibertəhdid hallarını şişirtməyə ehtiyac yoxdur. Bununla belə, nazirlik cinayətkarların tibbi qurğulara çıxış əldə etmələrindən və onları uzaq məsafədən idarə edə bilmələrindən ehtiyat edir.
 
Bildirilir ki, hakerlər servis xidmətinin mühəndisləri üçün nəzərdə tutulan “backdoor” proqramını aşkar edəcəyi halda xəstələrə ziyan vura bilərlər. Məsələn, onlar elə edə bilərlər ki, infuzor nasos xəstələrə normadan artıq dərmanlar versin, həmçinin ürək implantantı onları cərəyan ilə vursun, - “Vesti www.vesti.ru” yazır. 
 



Baxış sayı: 831

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024