12px13px15px17px
Tarix:27/10/14

“Panasonic” planşetlərdə qocalar üçün servis hazırlayır

Yaponiyanın “Panasonic” şirkətinin səhiyyə üçün həllər üzrə Şimali Amerika bölməsi qocalar evinin sakinlərinə yaxınları ilə planşetlər vasitəsilə əlaqə saxlamağa kömək edən və xəbərdarlıqlar verən “On4Today” adlı servis hazırlayır.
 
Hərəkət və tapşırıqlar barədə xəbərdarlıqlar eyni anda həm əyani, həm də şifahi formada veriləcək. Servisin interfeysində iri şriftdən və sadələşdirilmiş sensor naviqasiyadan istifadə olunacaq. “On4Today” servisində əsas funksiyalarla yanaşı, fotoşəkil və videoyazı qalereyası nəzərdə tutulur.
 
Hazırda “Panasonic” planşet istehsalçıları ilə birgə işləyərək “On4Today” üçün optimal model seçir və istifadəçi interfeysinin tələblərini razılaşdırır. Abunə ödənişi əsasında istifadəsi mümkün olacaq xidmətin cari ilin noyabrında istifadəyə verilməsi planlaşdırılır.  
 
Qeyd edək ki, “Panasonic” Yaponiyada ahıllar və yataq xəstələri üçün texnologiyaların hazırlanması ilə uzun müddətdir məşğuldur. Şirkətin hazırladığı texnologiyalar arasında robotlaşdırılmış çarpayı və saç yuyulması üçün maşını qeyd etmək olar, - "Computerworld” yazır.



Baxış sayı: 961

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024