12px13px15px17px
Tarix:27/10/14

Ümumdünya Poçt İttifaqının payız sessiyası başlayıb

İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt Əməliyyatları Şurası (PƏŞ) və Administrativ Şurasının (AŞ) birgə sessiyalarına start verilib. 14 noyabr tarixinə qədər davam edəcək payız sessiyasının gündəliyində ÜPİ-nin üzv-ölkələrinin poçt xidmətlərinin təkmilləşdirilməsinə dair bir çox məsələlərə baxılacaq.
 
PƏŞ-in tərkibində fəaliyyət göstərən işçi və layihə qruplarının iclasları ("Poçt bağlamaları üzrə hesablaşma", Məktublar üzrə hesablaşma", "Xidmətin keyfiyyəti ilə əlaqə", poçt maliyyə xidmətləri sahəsinə dair qruplar və digər) əsasən sessiyanın birinci həftəsində keçiriləcək.
 
Bu tədbirlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN ) BƏHM-in hesablaşma üzrə meneceri Vüsal Mirzəyev (27-31.10.2014-cü il) iştirak edir.
 
 
Sessiyanın 2-ci həftəsindən etibarən AŞ-nin bir sıra işçi və layihə qruplarının işi başlayacaq. Bu dövrdə, həmçinin ÜPİ-nin QSF (Quality Servise Fund) üzrə Qəyyumlar Heyətinin (Board of Trustees – BoT) də iclasları nəzərdə tutulub. (ÜPİ-nin bu orqanına Azərbaycandan RYTN-in Poçt sektorunun baş məsləhətçisi N.Həmidov adlı olaraq üzv seçildiyindən onun iştirakı ilkin olaraq nəzərdə tutulsa da, səhhəti ilə əlaqədar Bern şəhərinə səfər baş tutmayıb).
 
Sözügedən tədbirlərdə müzakirə olunacaq əsas məsələlər arasında dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş layihələr, həmçinin bu layihələrin həyata keçirilməsi üzrə yekun hesabatlar, tətbiqi sona çatmış layihələrin ÜPİ ekspertləri tərəfindən aparılmış qiymətləndirmə işləri üzrə hesabatlar və digər sənədlər, bundan əlavə, həyata keçirilmiş ən yaxşı QSF layihələri nominasiyası üzrə qalib gəlmiş ölkələrin mükafatlandırılması və s. məsələlər də olacaq.
 
Həmin dövrdə müzakirə nəzərdə tutulmuş digər məsələlər arasında Azərbaycan poçtu üçün aktual olan mövzular (beynəlxalq poçtun ölkəmizə açıq tranzit olmadan birbaşa daşınması, elektron ticarət, birgə QSF layihələrinin hazırlanması, yeni poçt xidmətlərinin tətbiqi üzrə təcrübə mübadiləsi, xaricdə poçt mübadiləsi məntəqələrinin açılması və s.) yer almışdı.
 
 
Sessiyanın sonunda Plenar iclaslar keçiriləcək. AŞ-nin tərkibində fəaliyyət göstərən komissiyaların sessiya dövründə görülmüş işlər üzrə hesabatlarının dinlənilib təsdiq edilməsi gözlənilir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 929

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024