12px13px15px17px
Tarix:28/10/14

2014-cü ilin üçüncü rübündə “Twitter”in xalis zərəri 2,5 dəfə artıb

2014-cü ilin üçüncü rübünün nəticəsinə görə, “Twitter” sosial şəbəkəsinin xalis zərəri 2,5 dəfədən çox artaraq 175,46 milyona çatıb. Bu haqda şirkətdən bildirilib.
 
“Twitter”in rüblük gəliri 114% artaraq 361,26 milyon dollar təşkil edib ki, bu da şirkətin proqnozundan yüksəkdir. “Twitter” 2014-cü ilin üçüncü rübündə 330-340 milyon səviyyəsində gəlir gözləyirdi.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, reklamdan əldə olunan gəlirin həcmi 109% artaraq 320 milyon dollar təşkil edib. Şirkətin nümayəndəsi deyib ki, gəlirin 85%-i mobil reklamdan əldə olunur.
 
Xidmətin aktiv istifadəçilərinin aylıq auditoriyası 23% artaraq 284 milyona çatıb.
 
Şirkətin proqnozuna görə, 2014-cü ilin dördüncü rübündə gəlir 440-450 milyon arasında olacaq.
 
“Twitter” sosial şəbəkəsi qısa mesajlarla mübadilə üçün nəzərdə tutulmuş mikrobloqlar xidmətidir. Şirkət 2006-cı ildə təsis edilib. Kapitallaşdırma dəyəri 29,46 milyard dollar təşkil edir.
 
Emil Hüseynov
 



Baxış sayı: 846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024