12px13px15px17px
Tarix:29/10/14

2014-cü ildə dünyanın ən innovasiyalı şirkəti hansı olub?

2014-cü ildə yüksək texnologiya və kommunikasiyalar sahəsinin şirkətləri yenidən “The Boston Consulting Group” (BCG) qrupunun 50 ən innovasiyalı şirkəti reytinqində ilkin yerləri tutub.
 
“BCG”-nin “The Most Innovative Companies 2014: Breaking Through is Hard to Do” (Ən innovasiyalı şirkətlər-2014: irəliləyişə nail olmaq asan deyil) hesabatına görə, bu sahənin şirkətləri liderlər beşliyini, eləcə də ilk onluğun 7 iştirakçısını və 2013-cü ilin versiyası üzrə 50 ən innovasiyalı şirkətin 21-ni sıxışdıra biliblər. Bu, onların 2010-cu ildən bəri nail olduğu ən böyük irəliləyişdir.   
 
İstehlak şirkətləri ilk 50 yerin 14-nə sahib çıxıblar ki, bu da 2010-cu ildən qeydə alınan ən yüksək nəticədir.
 
Siyahıya iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdən yalnız 5 şirkət daxil ola bilib. Bunlar “Lenovo”, “Xiaomi Technology”, “Tata”, “Tencent”, “Huawei” şirkətləridir. Bu ölkələrin şirkətlərinin əksəriyyəti elmi-tədqiqi və təcrübi konstruktor işləmələrinə investisiyaları artırmağı planlaşdırır. Daha böyük planlara Hindistan (respondentlərin 90 faizi) və Braziliya şirkətləri (80 faiz) malikdir.
ABŞ-ın “Apple” şirkəti “BCG”-nin reytinqi ilk dəfə təqdim etdiyi 2005-ci ildən innovasiya sahəsində dəyişməz lider olaraq qalır və bu il şirkət bir daha liderliyini təsdiq edib.
 
“Google” və “Samsung” şirkətləri yerlərini dəyişməklə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.
 
“Microsoft” və “IBM” 2005-ci ildən hər il ilk onluğa daxil olub və 2013-cü ildə onlar müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıb.
 
Reytinqin yalnız üç pilləsini digər sektorların şirkətləri, o cümlədən “Tesla Motors” (7-ci yer) və “Toyota Motor” (8-ci yer) avtomobil şirkətləri tutub.
 
2014-cü ildə 50 ən innovasiyalı şirkət reytinqində baş verən ən böyük dəyişiklik avtomobil istehsalı sahəsini təmsil edən şirkətlərin öz mövqeyini itirməsidir. Siyahıda on belə müəssisə yer alıb və onların yalnız dördü ilk iyirmiliyə düşə bilib, - "Interfax” yazır.



Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024