12px13px15px17px
Tarix:29/10/14

“Windows 10” jestlərlə idarəetməni təkmilləşdirir

“Microsoft”un vitse-prezidenti Jo Belfior  “Windows 10” əməliyyat sisteminin yeni imkanlarını nümayiş edib.

“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, o trekpadın istifadəçinin jestlərini effektiv tanımağa kömək edən genişlənmiş funksionalını göstərib. “Windows 10” taçpadda müxtəlif jestlərin dəstəklənməsini təkmilləşdirir.

Qeyd edək ki, oxşar funksiya OS X-də var, lakin “Microsoft” və “Apple” artıq ilk dəfə deyil ki, bir-birindən uğurlu ideyaları mənimsəyirlər.
 
Jestlərlə idarəetmədən başqa “Windows 10”-da multi-monitor konfiqurasiyalar üçün aktiv pəncərələrin idarə edilməsi optimallaşdırılıb, o cümlədən daha effektiv bir neçə monitorda pəncərələrin yan-yana yerləşdirilməsi sistemi bu yaxınlarda Belfiorda keçirilən sərgidə nümayiş etdirilib.
 
Aynur Vəliyeva



Baxış sayı: 988

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024