12px13px15px17px
Tarix:30/10/14

Britaniya xüsusi xidmət orqanları vətəndaşların məlumatlarına qeyri-qanuni müdaxilə edir

Böyük Britaniya hökuməti ilk dəfə milli xüsusi xidmət orqanlarının məhkəmənin müvafiq qərarı olmadan ölkə vətəndaşlarının məlumatlarına müdaxilə etdiyini etiraf edib.
 
Bu fakt Gizli izləməyə nəzarət üzrə səlahiyyətli komissiyası tərəfindən “Privacy International” və “Liberty and Amnesty International” hüquq-müdafiə təşkilatlarının nümayəndələri xüsusi Tribunala xüsusi xidmət orqanlarının öz səlahiyyətlərini aşması barədə iddianı ünvanladıqdan sonra təsdiq edilib. Hüquq müdafiəçiləri Böyük Britaniya Hökumət Rabitəsi Mərkəzini (GCHQ) ölkə vətəndaşlarına qarşı casusluq etməkdə günahlandırıb, həmçinin “GCHQ” tərəfindən istifadə olunan izləmə üsullarının demokratik prinsiplərə və insan hüquqları sahəsindəki standartlara uyğun gəlməməsi bildirilib.
 
Komissiyanın “The Guardian” qəzetində dərc edilən hesabatında qeyd edilir ki, Britaniya xüsusi xidmət orqanları ölkə vətəndaşlarının geniş əhatəli məlumatlarına, eləcə də digər ölkələrin kəşfiyyat xidmətlərinin, o cümlədən ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) təqdim etdiyi informasiyaya qeyri-qanuni çıxış imkanına malikdir. Belə məlumatlara müdaxilə məhkəmənin qərarı olmadan həyata keçirilir.
 
Sənəddə vurğulanır ki, vətəndaş haqqında məlumatların alınması üçün xüsusi icazə bu barədə informasiyanın Britaniya xüsusi xidmət orqanlarına digər dövlətlər tərəfindən təqdim edilən zaman tələb olunmur. Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya Təhlükəsizlik və Terrorizmlə Mübarizə Bürosunun baş direktoru Çarlz Farr bu növ məlumatlara sosial şəbəkələrdən, o cümlədən “Facebook”, “Twitter”, “Google” və “YouTube” şəbəkələrindən olan informasiyanı aid edərək onların xarici kanallar vasitəsilə daxil olmasını bəyan edib.
 
Britaniyalıların kontaktları barədə xarici xüsusi xidmət orqanlarından əldə edilən emal edilməmiş məlumatlar Britaniyanın milli kəşfiyyat xidməti tərəfindən alınan informasiya kimi iki il “GCHQ” arxivində saxlanılır.
 
Hüquq-müdafiə təşkilatlarının nümayəndələri bildiriblər ki, onlar xarici xüsusi xidmət orqanlarından Britaniya vətəndaşlarının əlaqələri barədə əldə edilən emal edilməmiş informasiyaya qeyri-qanuni çıxışı qanuni hesab edən hökumətin mövqeyi ilə razı deyillər.
 
“Hökumət bundan sonra vətəndaş məlumatlarının xarici xüsusi xidmətlərlə mübadiləsini normal hesab etməməlidir. Bu qaydalar qeyri-adekvatdır”, - "Amnesty International” nümayəndəsi Mayk Bostok deyib, - “RİA Novosti” yazır.



Baxış sayı: 534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020