12px13px15px17px
Tarix:30/10/14

“Taxi Tap” servisindən artıq “iOS” istifadəçiləri də yararlana bilər

“Taxi Tap” onlayn taksi çağırışı servisindən artıq “iOS” qurğu istifadəçiləri də istifadə edə bilərlər.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu günədək yalnız “Android” istifadəçilərinin yararlana biləcəyi servisi artıq “www.taxitap.az/ios” internet ünvanından yükləmək olar.
 
Şirkət mobil əlavəni ilk yükləyən istifadəçiyə ilk sifariş üçün 10% endirim təqdim edir. Endirimdən istifadə etmək üçün istifadəçilər “Taxi Tap” mobil əlavəsinin skrinşotunu “iPhone” və ya “iPad” qurğusu ilə edərək onu mesajın içində servisin “Facebook”dakı səhifəsinə göndərməlidirlər. Mesajın içində istifadəçi mobil telefonunun nömrəsini və adını göstərməlidir.
 
Bununla yanaşı, “Taxi Tap” servisindən xüsusi saytda forma doldurmaqla istifadə etmək olar.
 
Servis, həmçinin sifarişçinin seçdiyi avtomobilin rahatlığından asılı olaraq tariflərlə tanış olmağa imkan verir. Taksi xidmətləri ilə yanaşı, “Taxi Tap” aeroporta transfer və “ayıq sürücü” xidmətlərindən istifadə edə bilər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024