12px13px15px17px
Tarix:31/10/14

10-11 noyabr tarixlərində keçiriləcək Bakı Elm Festivalına hazırlıq işləri müzakirə olunub

Bu il 10-11 noyabr tarixlərində keçiriləcək Bakı Elm Festivalına hazırlıq işləri ilə əlaqədar mətbuat konfransı təşkil olunub.
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının yeni binasında baş tutmuş tədbiri festivalın rəhbəri, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva açıb. O, əvvəlcə festivalın əhəmiyyəti, xarici ölkələrin bu sahədəki təcrübəsi və Azərbaycanda bu istiqamətdə görülən işlər haqqında məlumat verib.
 
Qeyd edib ki, festivala hazırlıq çərçivəsində akademiyanın elmi nailiyyətlərinin təbliği və ölkəmizdə elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. Proqramda ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr, əyləncəli elmi şoular və muzeylərə ekskursiyalar nəzərdə tutulur.  Festival və konsert proqramları eyni zamanda paytaxtın müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə keçiriləcək.
 
Həmçinin, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olacaq. Festival çərçivəsində akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək. Tədbirlər hər kəs üçün açıq olacaq.
 
 
Sonra Bakı Elm Festivalının təşkilində köməklik göstərən Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, həmçinin layihənin sponsorları olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell”in nümayəndələri çıxış edib. Festivalın əhəmiyyəti və hazırlıq işləri müsbət qiymətləndirilib.
 
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020