12px13px15px17px
Tarix:31/10/14

“Samsung” metal korpuslarla təchiz edilmiş “Galaxy A3” və “Galaxy A5” smartfonlarını nümayiş etdirib

“Samsung” şirkəti nazik metal korpuslarla təchiz edilmiş yeni “Galaxy A3” və “Galaxy A5” smartfonlarını nümayiş etdirib.

“Galaxy A3” modeli 4,5 düymlük qHD (540×960 nöqtə)  təsvir ölçülü “Super AMOLED” ekran, 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli yaddaş, 16 QB daxili fləş-yaddaş, “microSD” formatlı yaddaş kartları üçün slotla təchiz olunub. Arxa  paneldə LED işıqlandırıcı və avtofokusa malik 8 meqapiksellik kamera, ön paneldə isə 5 meqapiksellik kamera əlçatandır. Əlavə olaraq “NFC” çipinin mövcudluğu haqda bildirilib. Qurğu 1900 milliamper/saat tutumlu batareyaya malikdir. Korpusun qalınlığı 6,9 millimetr təşkil edir.


"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Galaxy A5” smartfonu “Galaxy A3” versiyasına çox oxşardır, amma bəzi təkmilləşdirmələrə malikdir. “A5” smartfonunda HD təsvir ölçülü 5 düymlük ekran və 2 QB əməli yaddaş quraşdırılıb. Arxa paneldə 13 meqapiksellik kamera var. Tam akkumulyatorun tutumu 2300 milliamper/saat, korpusun qalınlığı 6,7 mm təşkil edir. Hər iki aparatın LTE şəbəkəsini dəstəkləyən versiyası əlçatan olacaq. Elan edilmiş smartfonlar “Android 4.4 KitKat” əməliyyat sistemi ilə işləyir.

Yeni “Samsung Galaxy A3” və “Galaxy A5” smartfonları müxtəlif rəngli korpuslarda noyabrda satışa çıxarılacaq.

Emil Hüseynov
 



Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024