12px13px15px17px
Tarix:31/10/14

“BlackBerry” yeni planşet və slayder üzərində işləyir

“BlackBerry” şirkətinin rəhbəri Jon Çen, Honkonqda keçirilən “MIT Enterprise Forum”da çıxış edərək hazırda planşet üzərində işlədiklərini bildirib.
 
“ICTnews”un  “www.it-top.ru” saytına istinadən verdiyi məlumata əsasən, bundan bir müddət öncə “BlackBerry”nin 2015-ci ildə planşet buraxacağı haqda məlumat yayılıb və Jon Çen bu məlumatı faktiki olaraq təsdiqləyib. Lakin o, planşet haqda ətraflı məlumat verməyib. Jon Çen həmçinin “BlackBerryClassic” smartfonunun bazara bu ilin dekabr ayında çıxarılacağını qeyd edib. Bu smartfonun sensor displey və “QWERTY” klaviaturası ilə təchiz ediləcəyi gözlənilir.
 
Bundan başqa, şirkətin rəhbəri hazırda konsept-qurğu üzərində işlədiyini və bu yeni qurğunun böyük ekran və “QWERTY” klaviaturası ilə təchiz ediləcəyini bildirib. Bu modelin slayder şəklində istehsal ediləcəyi istisna edilmir. Hazırda bunun nə olacağını müəyyən etmək çətindir, ola bilsin, bu qeyri-adi konstruksiyaya malik olan fablet olsun və ya “QWERTY” klaviatura ilə təchiz edilmiş hibrid planşet-noutbuk olacaq.
 
Bu cür qurğu, “BlackBerry” tərəfindən 2011-ci ildə patentləşdirilib. Ola bilsin, şirkət artıq bu ideyanı sona çatdırmaq və ya əksinə, yeni bir məhsul yaratmaq qərarına gəlib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024