12px13px15px17px
Tarix:01/11/14

“Bakı 2015” Avropa Oyunlarına bilet alınması üçün yarışların rəsmi veb saytında “Qeydiyyat” səhifəsi açıq elan edilib

Gələn ilin yayında keçiriləcək “Bakı 2015” Avropa Oyunlarına bilet alınması üçün yarışların rəsmi veb saytında “Qeydiyyat” səhifəsi açıq elan edilib.

“Qeydiyyat” səhifəsi oyunların bilet satışına rəsmi dəstək verən “Tickethour” şirkəti tərəfindən hazırlanaraq tətbiq edilib.

Veb sayt beynəlxalq və azərbaycanlı idman azarkeşlərinə “Bakı 2015” Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və “Bakı 2015”-lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır. Təşkilat Komitəsindən bildirilib ki, qeydiyyatdan keçən hər kəs ən son yeniliklər haqqında mütəmadi olaraq e-mail alacaq:
 
“Geniş ictimaiyyət üçün isə bilet satışı rəsmi olaraq gələn il açıq olacaq”.
 
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq səhifənin fəaliyyətinin əhəmiyyətini vurğulayıb: “Birinci Avropa Oyunlarına doğru yaxınlaşdığımız üçün bilet satışı üzrə qeydiyyat səhifəsi çox əhəmiyyətlidir. Bilirik ki, azarkeşlər “Bakı 2015” Avropa Oyunlarında iştirak etmək üçün öz biletlərini mümkün qədər öncədən almaq və tarixi məqamı müşahidə etmək istəyəcəklər. Bu sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək”.
 
 
Qeyd edək ki, veb saytda qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz:
 
 
 
HƏQİQƏT



Baxış sayı: 1920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024