12px13px15px17px
Tarix:03/11/14

Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi 125 Gbp/s-ə çatıb

Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı bərpa olunub.
 
“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son iki ayda 12 faizədək artaraq 125 Gbp/s təşkil edib. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 32% artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son aylar ərzində 20 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 25% çoxdur.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024