12px13px15px17px
Tarix:03/11/14

“Twitter” və “IBM” tərəfdaşlıq haqqında saziş imzalayıb

“Twitter” və “IBM” şirkətləri tərəfdaşlıq haqqında saziş imzalayıb. Sazişin məqsədi təşkilatlara sifarişçiləri və bazar trendlərini daha yaxşı başa düşməyə, eləcə də müvafiq biznes həlləri qəbul etməyə kömək etməkdir.

İki şirkətin əməkdaşlığı “Twitter” məlumatlarını “bulud” analitik vasitələri, müştərilərin cəlb edilməsi üçün texnoloji platformaları və “IBM”-in konsaltinq xidmətləri ilə birləşdirməyə imkan verəcək.
 
Tərəfdaşlıq çərçivəsində şirkətlər diqqəti üç əsas istiqamətə yönəltməyi planlaşdırırlar. Onlardan biri “Twitter” məlumatlarının və "IBM” analitik servislərinin “bulud” mühitində inteqrasiyasıdır.
 
Digər əməkdaşlıq istiqaməti müəssisələr üçün irihəcmli məlumatların emalı imkanının yaradılması olacaq. “IBM” və “Twitter” iqtisadiyyatın müxtəlif sahələrində biznes həllərinin qəbulu prosesini optimallaşdırmağa kömək məqsədilə korporativ əlavələr dəstini təklif etmək niyyətindədir. İlk birgə həll “Twitter” məlumatlarını “IBM ExperienceOne” həlləri ilə birləşdirəcək ki, bu da satış və marketinq üzrə menecerlərə alıcılara və ya sifarişçilərə daha yaxşı xidmət göstərmək üçün əhval-ruhiyyə və davranış xarakteristikalarını başa düşməyə imkan verəcək.
 
Bundan başqa, əməkdaşlığın əsas istiqamətləri arasında xüsusiləşmiş konsaltinq xidmətləri də yer alıb. “IBM Global Business Services” məsləhətçiləri “Twitter” məlumatlarından istifadə edə biləcəklər ki, bu da konsaltinq xidmətlərinin göstərilməsinin keyfiyyətini artırmağa şərait yaradacaq. Həmçinin “IBM” və “Twitter” bank xidmətləri, istehlak məhsulları, pərakəndə ticarət, turizm və nəqliyyat sahəsi üçün həllər hazırlamaqla əməkdaşlıq edəcək, - “CNews” yazır. 



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024