12px13px15px17px
Tarix:03/11/14

Azərbaycanda ən populyar axtarış sistemi bəlli oldu


"Global Stats" Analitik şirkətinin təhlillərinə əsasən məlum olub ki, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 64,46  faiz bazar payına malik olan "Google.az"dır.
 
 İkinci yeri bazar payı 6,64 faiz təşkil edən "Google.ru", üçüncü yeri isə 5,4  faiz bazar payı ilə "Google.com.tr" tutur.

İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 5,15 faizlə "Google.com", 7,09 faizlə  "Yandex.ru"  mövqelərini möhkəmləndirib. Sonrakı yerləri  "Bing" və "Mail.ru" bölüşdürüb.
 
Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer "Chrome" olub. Belə ki, onun bazar payı  28,22 faiz təşkil edib. Brauzerlər bazarında ikinci yeri 3,5 faizlə "Opera", üçüncü yeri "Safari" tutub. Sonrakı yerlərdə 2,84 faiz bazar payı ilə  "Android", 1,56 faizlə isə "Internet Exploer" qərarlaşıb.  
 
Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS)  "Windows" dur. Hazırda Azərbaycanda "Windows 7" ƏS-nin bazar payı 63,01 faiz  təşkil edir.

İkinci yeri 13,45 faizlə "Windows XP", üçüncü yeri bazar payı 4,68 faiz təşkil edən "Android" ƏS tutur. Sonrakı yerlərdə "Windows 8" və  "iOS" əməliyyat sistemləri bərqərar olub.
 
 
Aynur Vəliyeva
 
 
 



Baxış sayı: 1098

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024