12px13px15px17px
Tarix:03/11/14

İnformasiya texnologiyaları sahəsi üzrə “Oracle Certified Master” imtahanına hazırlıq məqsədilə görüş keçirilib

İnformasiya texnologiyaları (İT) sahəsinin ən çətin imtahanlarından sayılan “Oracle Certified Master” imtahanına hazırlıq məqsədilə Qafqaz Universitetində Azərbaycan Oracle İstifadəçilər Qrupu (AzerOUG) növbəti görüşünü keçirib. 
 
 
“AzerOUG”-dan verilən məlumata görə, görüşdə universitetin Kompüter Mühəndisliyi bölməsinin müdiri, dosent Abzetdin Adamov, “Oracle” şirkətinin nümayəndəsi Rüfət Sadıqov, “Azercell” şirkətinin “Oracle DBA” mütəxəssisi Kamran Ağayev çıxış ediblər.
 
 “Oracle Certified Master” imtahanının əhəmiyyətindən danışan K.Ağayev imtahana hazırlıq metodunu iştirakçılarla paylaşıb, bu yolda hansı materiallardan hansı formada istifadə etməyin qaydalarını göstərib.
 
“Azercell” şirkətinin proqramçı mütəxəssisi Vüsal Xəlilov isə “OCM Java Enterprise Architect” imtahanı haqda məlumat verərək, OCM Sertifikasiyasının əhəmiyyəti, imtahana hazırlaşma metodları və resurslarından danışıb.
 
 
Qeyd edək ki, görüş Qafqaz Universiteti və “Gulf” Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024