12px13px15px17px
Tarix:03/11/14

Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı son bir ildə 23,3 faiz artıb

"Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ildə Azərbaycanda "Facebook" sosial şəbəkəsinin itifadəçilərinin sayı kəskin artsa da, "Youtube" və "Twitter" sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
 
 "ICTnews" xəbər xidmətinin "Global Stats"ın rəsmi saytına istinadən verdiyi məlumata  əsasən, ölkəmizdə  "Facebook" sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib.
 
İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə "Youtube" sosial şəbəkəsi tutub.
 
Üçüncü yerdə 2,24 faiz bazar payı ilə "Twitter" sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.

"Odnoklassniki" şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.

Aynur Vəliyeva
 



Baxış sayı: 919

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024