12px13px15px17px
Tarix:04/11/14

“Apple Watch”ın satışlarına 2015-ci ilin yazında başlanılacaq

"9to5Mac" texnologiya bloqu yazıb ki, "Apple Watch" smart saatlarının satışları 2015-ci ilin yazından tez başlanmayacaq.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti öz birinci daşınan qurğusunu ("Apple Watch") sentyabrın əvvəlində nümayiş etdirib. Şirkətin direktoru o zaman demişdi ki, "ağıllı" saatlar 2015-ci ilin əvvəlində satışa çıxarılacaq, ancaq dəqiq tarixi açıqlamamışdı.
 
"Biz marafon qaçırıq və dayanmaq niyyətində deyilik. Biz bayram dövrü, sonra Çin Yeni ilinə hazırlaşırıq və yazda yeni saatlar satışa çıxarılacaq" – Arendts videomüraciətində deyib.
 
Əgər bu sözlərə əsaslansaq, o zaman "Apple Watch" fevralın 19-dan (Çin Yeni ili qeyd edilir) sonra bazara çıxarılacaq və martın 20-dən sonra onların çıxarılması ehtimal olunur, məhz bu vaxt ABŞ-da yazın əvvəli hesab olunur.
 
"Apple"ın "ağıllı" saatları üç əsas modifikasiyada əlçatan olacaq.  Bundan başqa, saatlar iki ölçüdə (38 və 42 mm diaqonallı ekran) əlçatan olacaq.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 901

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024