12px13px15px17px
Tarix:04/11/14

Dünya Bankı Azərbaycanın İT ilə işləyən sənaye mühitini qiymətləndirəcək

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
 
 
Komitədən verilən məlumata görə, görüşdə Dünya Bankının Nəqliyyat və İKT üzrə Qlobal Təcrübəsinin Əməliyyatlar üzrə baş mütəxəssisi xanım Sandra Sargentin və Qlobal Təcrübənin məsləhətçisi xanım Yeganə Bağırova iştirak ediblər.
 
 
Görüşün əsas məqsədi Azərbaycanda informasiya texnologiyalar (İT) və İT ilə işləyən sənaye mühitinin, eləcə də İT bacarıqlarının qısa zamanda qiymətləndirilməsinin aparılmasının müzakirəsi olub.
 
 
Görüşdə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov komitə ilə Dünya Bankı arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini bildirib.
 
 
Sandra Sargentin deyib ki, qısa qiymətləndirmə Dünya Bankının “McKinsey” şirkəti ilə birgə hazırladığı Məkan Hazırlığı İndeksi (LRI) meyarına əsaslanacaq. Bu indekslər sorğulara verilən cavablar, müsahibələr nəticəsində əldə olunan informasiya və ictimaiyyətə açıq olan ikinci dərəcəli məlumatlar əsasında müəyyən ediləcək.

 
Daha sonra Yeganə Bağırova qeyd edib ki, bu fəaliyyətin əsas nəticəsi hal-hazırda mövcud olan imkanların qısa qiymətləndirilməsindən ibarət olacaq ki, bu da İT/İT ES sənayesində mövcud olan imkan və əngəllərin müəyyənləşdirilməsi üçün əsas rol oynayacaq.
 
 
CAHANGİR
 



Baxış sayı: 459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020