12px13px15px17px
Tarix:04/11/14

Bakıda “Effektiv data mərkəzlərinin yaradılması üçün etibarlı müasir həllər” mövzusunda seminar keçiriləcək

Bakıda noyabrın 6-da "Softline" şirkəti "Cisco", "NetApp" və "Veeam" şirkətləri ilə birgə "Effektiv data mərkəzlərinin yaradılması üçün etibarlı müasir həllər" mövzusunda seminar keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir İT mütəxəssislər və İT xidmətlərin rəhbərləri üçün nəzərdə tutulub.

Seminar, özündə "NetApp"ın vahid çevik arxitekturunu, "Cisco UCS"un server platformasını, "Cisco Nexus"un şəbəkə infrastrukturunu, "Veeam"ın rezerv sürət çıxarmasını və məlumat mühafizəsini birləşdirən, müasir unifikasiya edilmiş və yüksək dayanıqlı data mərkəz konsepsiyasına həsr olunub. 

"FlexPod" həlləri İT sistemlərin effektivliyini və dayanıqlığını əhəmiyyətli dərəcədə  yüksəldir. "FlexPod"un əsas üstünlükləri sürətli yayılma imkanı, sərmayələrin qorunması, horizontal və vertikal əhatədir.
Tədbir çərçivəsində "Cisco UCS" server platforması konsepsiyası. Biz və digərləri",  "Cisco UCS Director" – özəl "bulud" infrastrukturunun idarəetməsi üzrə sadə vasitə", "Cisco UCS Invicta" ilə məlumatların emalı zamanı yeni sürət səviyyəsi", "NetApp"da məlumatların saxlanılmasının unikal imkanları", "Virtual mühitlərdə müasir məlumat mühafizəsi" mövzularında məruzələr təqdim ediləcək.
 
Aynur Vəliyeva
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 953

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024