12px13px15px17px
Tarix:05/11/14

“NoPhone”: smartfon asılılığından xilas olmaq üçün “smartfon”

"NoPhone" "smartfon" layihəsi "Kickstarter"da tələb olunan 5 min dollardan 4 dəfə daha çox pul toplayıb. Elektron içliksiz "NoPhone" smartfon asılılığından qurtulmaq üçün nəzərdə tutulub.
 
"ICTnews" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, təlimata əsasən, "NoPhone"dan istifadə etmək çox sadədir: qurğunu ələ götürmək və saxlamaq lazımdır. "NoPhone" ölçülərinə görə "iPhone 6" bir az böyük, xarakteristikalarına görə isə bəzi hallarda daha yaxşıdır: möhkəm səthiliyə malik yerə düşsə sınmayacaq, suyun içərisinə salmaq olar və proqram təminatını yeniləmək lazım deyil. Bu aparat ekrana malik deyil və onunla zəng etmək mümkün deyil. Belə "smartfon"un çəkisi 80-100 qram arasındadır.
 
Rəsmi saytından 12 dollara ilkin sifariş etmək mümkündür.
 
Emil Hüseynov
 

 
 



Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024