12px13px15px17px
Tarix:05/11/14

“Windows 10” sistemi “MKV” formatını dəstəkləyəcək

“Microsoft” korporasiyası yeni “Windows 10” əməliyyat sisteminin yaradılması üzərində böyük iş görüb. Lakin ötən müddət ərzində sistemə əksər istifadəçilər üçün faydalı ola biləcək bir sıra müsbət dəyişikliklər edilib.
 
Belə ki, “Microsoft” nümayəndəsi Qabriel Aul “Twitter” səhifəsində "Windows 10”-da populyar “MKV” formatının dəstəklənəcəyini rəsmən təsdiq edib. Bu format əksər kompüter istifadəçilərinə məlumdur, lakin əvvəllər onunla işləmək üçün əlavə kodeklərin quraşdırılması tələb olunub.
 
Bildirilir ki, “Microsoft”un yeni əməliyyat sistemində “MKV” sistem səviyyəsində dəstəklənəcək. Bu isə o deməkdir ki, bu formatlı videonu quraşdırılmış “Windows Media Player” pleyeri göstərməklə yanaşı, kənar pleyer istehsalçıları da bu imkandan istifadə edə biləcəklər.
 
Bundan başqa, “Windows 10” “HEVC” video formatını dəstəkləyəcək. Bu, hazırda istifadəçilər arasında geniş istifadə edilməyən yeni yüksək keyfiyyətli təsvir formatıdır.
 
Göründüyü kimi, “Microsoft” korporasiyası "Windows 10” sistemini ərsə gətirərkən istifadəçilərə qulaq asmaq qərarına gələrək onların “Start” menyusunda yeni interfeys və ya populyar video formatlarının dəstəklənməsi kimi arzularını həyata keçirib, - "Hi-Tech News” yazır.



Baxış sayı: 417

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2019

18/11/19
“Airbus” ətraf mühiti çirkləndirməyən təyyarə hazırlayacaq

“Airbus” şirkəti 2030-cu ilədək potensial baxımdan ətraf mühiti çirkləndirməyən təyyarə hazırlaya bilər.

18/11/19
Ekspertlər ucuz smartfonların təhlükəsi barədə məlumat veriblər

“Kryptowire” şirkətinin mütəxəssisləri “Android” mobil sisteminin idarəetməsi altında işləyən ucuz smartfonlarda 

17 11 2019