12px13px15px17px
Tarix:05/11/14

Azərbaycanda yaxın zamanda bir çox arayışlar elektron qaydada veriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron hökumətin formalaşdırılması istiqamətində beynəlxalq təcrübəni öyrənir, yeni təcrübələri “Elektron hökumət” portalına tətbiq edir.
 
Bu yaxında MHM-in nümayəndələrinin İstanbulda, Astanada, Florensiyada keçirilən sərgilərdə iştirakından sonra e-arayışların tətbiq edilməsi üzərində iş gedir.
 
Tezliklə ölkədə yaşayış yeri, diplom, rabitə və kommunal xidmət borclarının olmaması, abituriyentin ali məktəbə daxil olması (Səfərbərlik Xidmətinə vermək üçün), iş yeri və əməkhaqqı, sağlamlıq barədə tibbi və pensiya kapitalı barədə arayışlar, eləcə də bəzi etibarnamələr və şəxsiyyət vəsiqəsinin surəti elektron şəkildə təqdim ediləcək.
 
CAHANGİR



Baxış sayı: 1283

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024