12px13px15px17px
Tarix:05/11/14

Azərbaycanda “IMEI” kodlarının ödənişli qeydiyyatının tətbiqi qanunsuz telefonların qeydiyyata alınması ilə bağlı müraciətlərin sayını azaldıb

Azərbaycanda mobil telefonların “IMEI” kodlarının qeydiyyatının ödənişli əsasla həyata keçirilməsi nəticəsində qanunsuz telefonların qeydiyyata alınması ilə bağlı müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib ki, ölkədə artıq ilin əvvəlindən ödənişsiz əsasla mobil telefonların “IMEI” kodlarının qeydiyyatı həyata keçirilir və bu prosesin müşahidəsi göstərib ki, ölkə əhalisinin sayına nisbətən qeydiyyata alınan mobil telefonların sayı olduqca çoxdur.

“Vətəndaşlar mağazadan mobil telefon alarkən tələb etməlidirlər ki, bu telefon qeydiyyatlı olsun. Çünki bu telefon qeydiyyatdan keçmədiyi halda o, qanunsuz sayılır. Nəticədə vətəndaş sonra özü onun “IMEI” kodunu qeydiyyatdan keçirməli olur və əgər bu telefon qanunsuz yolla ölkəyə gətirilibsə,  əziyyəti onun boynuna düşür. Bizim tətbiq etdiyimiz ödənişli əsasla “IMEI” kodların qeydiyyatı bu telefonları ölkəyə gətirən və satışı ilə məşğul olan insanlara və şirkətlərə aiddir. Türkiyədə, misal üçün, qanunsuz ölkəyə gətirilən telefonların sayı 1000 ədədi keçmir. Azərbaycanda isə hər ay 4 mindən çox bu cür müraciət daxil olur. Lakin ödənişli sistemə keçdikdən sonra bu müraciətlərin sayı kəskin şəkildə azalıb və dünən artıq onların sayı 1200 ədəd idi, gələcəkdə isə 9,5 milyon əhalisi olan ölkədə bu müraciətlərin sayı 150-200 ədəd ola bilər. Ödənişli əsasla qeydiyyat xidmətlərinin göstərilməsində daha bir məqsədimiz bu “IMEI” kodların qeydiyyatı mərkəzinin saxlanılması xərclərinin özünü ödəməsini təmin etməkdir”, - deyə nazir müavini bildirib.
 
İ. Məmmədovun sözlərinə əsasən, son bir neçə ay ərzində ölkədə 120 min ədəd qanunsuz istifadə edilən telefon aşkar edilib və onların istifadəsi tamam dayandırılıb. Çünki bu telefonların istifadəsi mobil şəbəkələrin keyfiyyətli işinə maneələr törədir.

Aynur Vəliyeva



Baxış sayı: 1143

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Yanvar 2020

19 01 2020