12px13px15px17px
Tarix:06/11/14

“Android KitKat” versiyasının payı 30%-i ötüb

“Android KitKat” versiyası populyarlaşmağa davam edir.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, oktyabrın nəticəsinə görə, “KitKat” versiyasının bazar payı 30%-dən çox təşkil edib. Bu göstərici sentyabrla müqayisədə 5,7% yüksəkdir. Avqustda artım 3,6% təşkil edib, halbuki iyulda bu göstərici 3% olub. Beləliklə, “Android 4.4” versiyasının populyarlığı artır, hərçənd ki “Android”in növbəti versiyasının çıxarılması artıq yaxın həftələrdə buna mane ola bilər.
 
Oktyabrda “Android”in digər versiyalarında azalma qeydə alınıb. Vaxtilə populyar olan “Android 2.3 Gingerbread” versiyasının payı 11.4-dən 9,8%-dək azalıb.
 
Emil Hüseynov



Baxış sayı: 323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2019

17 11 2019