12px13px15px17px
Tarix:07/11/14

“iOS” və “Android” üçün ödənişsiz “Office” əlçatan olub

“Microsoft” korporasiyası “iPhone”, “iPad” qurğuları və “Android” platforması ilə işləyən smartfonlar üçün “Office” mobil tətbiqini yeniləyib. İndi ödənişsiz istifadə etmək olar.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, əvvəllər “Office” tətbiqindən mobil qurğularda istifadə etmək üçün “Office 365” abunəsini rəsmiləşdirmək lazım idi. Ən ucuz tarif planı ilə (aylıq 6,99 dollar) “OneDrive” “bulud” xidmətindən istifadə etmək və bir masaüstü, planşet və smartfonda “Office” tətbiqləri ilə işləmək mümkün idi. Cari yeniləmədən sonra abunəni rəsmiləşdirmək tələb olunmur.

“Android” smartfonları və “iPhone”, “iPad” qurğuları üçün yeni proqramlar sənədin redaktəsi və “Dropbox” “bulud” xidməti ilə inteqrasiya zamanı genişləndirilmiş funksionallığa sahiblənib.

Şirkət 2014-cü ilin martında “iPad” üçün “Office” tətbiqini buraxıb. Bu tətbiq artıq 40 milyon qurğuya quraşdırılıb.

Emil Hüseynov      



Baxış sayı: 805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024