12px13px15px17px
Tarix:07/11/14

Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində 37 startap layihəsi uğurla fəaliyyət göstərir

Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı - “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Biznes İnkubasiya Mərkəzinə fəaliyyəti dövrü ərzində 94 startap layihəsi müəllifindən müraciət daxil olub.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, YTP-nin direktor müavini Cabbar Musayev bildirib ki, hazırda biznes inkubasiya mərkəzində 37 startap layihəsi fəaliyyət göstərir.

“Bu günədək artıq biznes inkubasiya mərkəzinin daxilində 4 yeni şirkət qurulub. Gündəlik olaraq 100-ə yaxın insan buranın texniki imkanlarından istifadə edir. YTP öz fəaliyyəti ilə bağlı bir sıra ikitərəfli və çoxtərəfli görüşlər, təlim kursları, təqdimatlar, seminarlar, eləcə də, digər tədbirlər təşkil etməklə yanaşı, bir çox beynəlxalq tədbirlərdə, sərgi-konfranslarında iştirak edərək faydalı əməkdaşlıq əlaqələri qurub. YTP 70-dən çox ölkənin texnoparklarını birləşdirən İnnovasiya Zonaları və Elmi Parklar Beynəlxalq Assosiasiyasının assosiativ üzvü seçilib”, - deyə C. Musayev qeyd edib.
 
Aynur Vəliyeva



Baxış sayı: 1236

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024