12px13px15px17px
Tarix:08/11/14

Çin şirkəti Surrey Universiteti ilə birlikdə “5G” İnnovasiya Mərkəzi yaradır

Çinin “Huawei” şirkəti Surrey Universiteti tərəfindən İngiltərədə yaradılan “5G” (5GIC) İnnovasiya Mərkəzində iştirakını bəyan edib.
 
“5GIC” mərkəzi “5G” texnologiyalarının tədqiqi və sınaqları üzrə müstəqil təşkilat olacaq. Layihə üzrə işlər çərçivəsində “Huawei” və onun texnoloji tərəfdaşları universitet ərazisində dünyanın ilk “5G” sınaq stendini yaradacaqlar. Burada yeni texnologiyaların real şəraitdə sınaqları üçün şərait olacaq. “5GIC”-in təsisçilərindən biri kimi “Huawei” sınaq stendi üçün avadanlıq və elmi baza təqdim edib. Ümumilikdə Çin istehsalçısı mərkəzə 5 milyon funt-sterlinq yatıracaq. Bu məbləğdən 600 milyon dolların 2018-ci ilədək “5G” sahəsində beynəlxalq tədqiqatlara və innovasiyalara yönəldilməsi nəzərdə tutulur.
 
Sınaq stendinin yaradılmasına bir il sərf olunmaqla üç mərhələdə həyata keçiriləcək. İlk mərhələ “5GIC” tədqiqatçılarının və sahə üzrə tərəfdaşların birgə səyi ilə 2015-ci ilin aprelində başlayacaq. Onlar yeni texnologiyaların hazırlanması və sınağı, eləcə də gələcək rabitə standartının aktiv təşəkkülü ilə məşğul olacaqlar.
 
“5G” texnologiyası genişzolaqlı mobil rabitənin 1-dən 10Gbit/saniyəyədək sürətində ötürülməsini təmin edəcək.
 
Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Vaezi qeyd edib ki, Birləşmiş Krallıq Surrey Universiteti və  "Huawei”in əməkdaşlığı sayəsində “5G”-nin hazırlanmasında ön yerdədir. Bu, Böyük Britaniyaya beynəlxalq innovasiya mərkəzi kimi öz mövqeyini qorumağa kömək edəcək və bizə yeni mobil rabitə nəslinin işlənməsi mərkəzində olmağa imkan verəcək.
“Huawei”in simsiz şəbəkələr üzrə texniki direktoru Tun Ven deyib: “Huawei” cəmiyyəti, biznes və iqtisadiyyatı bir araya gətirməyə imkan verəcək gələcək texnologiyaların tədqiqi və ərsəyə gətirilməsi ilə məşğul olur. “5G” texnologiyasının uğuru bu məqsədlərə nail olmaq üçün çox vacibdir. Bizim Surrey Universiteti nəzdində “5GIC” mərkəzində fəaliyyətimiz qabaqcıl beşinci nəsil mobil rabitə texnologiyalarını əməkdaşlıq üçün açıq mühitdə sınaqdan keçirməyə imkan verəcək ki, bizim “5G” ilə bağlı təsəvvürümüz reallığa çevrilsin”.
 
Surrey Universiteti nəzdində “5GIC” mərkəzinin rəhbəri Rəhim Tafazolli bildirib: “5GIC” gələcək nəsil rabitəsinin “Huawei” kimi dünyanın rabitə sahəsinin liderləri ilə sıx əməkdaşlıq etməklə həyata keçirilməsi üçün unikal imkan yaradır. Dünyanın ən yaxşı stendi konsepsiya və standartların, eləcə də müxtəlif istehsalçı avadanlıqlarının bir-biri ilə uyğunluğunun yoxlanılması üçün istifadə ediləcək.
Mərkəz “5G” texnologiyaları inkişaf etdikcə yeni əlavə və xidmətlərin öyrənilməsi üçün imkanların verilməsi məqsədilə yenilənəcək. Mərkəz dünyanın bütün ölkələri üçün açıqdır. Biz həmçinin kiçik və orta müəssisələr üçün əlverişli şərait yaratmağı planlaşdırırıq. Onlar öz innovasiyalarının “5G” ilə uyğun gəlməsini sınaqdan keçirərək geniş auditoriya qarşısında məhsullarını nümayiş etdirə biləcəklər”.
 
Layihə iştirakçıları “5G” texnologiyasını 2018-ci ilədək nümayiş etdirməyi planlaşdırırlar, - "CNews” yazır. 



Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024