12px13px15px17px
Tarix:08/11/14

“Twitter” Honkonqda nümayəndəlik açacaq

“Twitter” şirkəti yerli reklamçıları cəlb etmək məqsədilə Honkonqda ofis açmaq niyyətindədir.

Bu barədə mikrobloqlar şəbəkəsinin Asiya-Sakit okean, Şimali və Cənubi Amerika və inkişaf etməkdə olan bazarlar üzrə vitse-prezidenti Şaileş Pao deyib. Şirkəti ilk növbədə Çin, Honkonq və Tayvanda yerləşən şirkətlər maraqlandırır.
 
Ş.Paonun sözlərinə görə, Sinqapur ofisinin satış üzrə direktoru Piter Qrinberqin rəhbərlik edəcəyi “Twitter” nümayəndəliyi 2015-ci ildə fəaliyyətə başlayacaq. Şirkətin Seul, Tokio və Sidneydə də ofisləri fəaliyyət göstərir. Bundan başqa, yaxın vaxtlarda Cakartada İndoneziya nümayəndəliyinin açılması nəzərdə tutulur.
“Bu gün dünya internet, sosial media və mobil qurğular auditoriyasının yarısı Asiyada yerləşir və biz bu regionda geniş imkanların olduğunu görürük. Asiya-Sakit okean regionu şirkət üçün artımın hərəkətverici qüvvəsidir və biz yeni istifadəçi, tərəfdaş və reklamçıları cəlb etmək üçün yeni bazarlarda fəaliyyətimizi genişləndiririk”, - şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
 
Asiya ölkələrində "Twitter”in Çinin “Sina Weibo” şəbəkəsi, “Line”, “WhatsApp” və “WeChat” messencerləri kimi çoxlu rəqibi var. Bundan əlavə, 2009-cu ildən Çinin materik hissəsində ABŞ saytına çıxış bağlıdır.
 
2014-cü ilin üçüncü rübündə “Twitter”in mədaxili 361 milyon dollar təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövründən 114 faiz (169 milyon dollar) çoxdur. Gəlirin əsas hissəsi (320 milyon dollar) reklamın payına düşüb, - “Vesti” yazır.  



Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024