12px13px15px17px
Tarix:08/11/14

"Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi internetin paylanması üçün kosmosa 700 peyk buraxacaq

ABŞ-ın məşhur sahibkarı - "Tesla” elektromobil istehsalı şirkətinin və “SpaceX” kosmik korporasiyasının təsisçisi Elon Mask yeni ambisiyalı layihə hazırlayır.

Belə ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, iş adamı Yerətrafı orbitə dünyada internetə çıxışı təmin edəcək 700-ə yaxın kiçik telekommunikasiya peykini buraxmağı planlaşdırır.
 
E.Mask layihəni “Google” şirkətinin peyk sahəsində böyük iş təcrübəsinə malik keçmiş top-meneceri Qreq Uayler ilə birlikdə həyata keçirəcək. Q.Uaylerin rəhbəri olduğu “WorldVu Satellites” şirkətinə iri radiotezlik bloku məxsusdur.
 
“The Wall Street Journal” qeyd edir ki, tərəfdaşlar kosmosa çəkisi 113 kq-dan çox olmayan aparatlar göndərməyi düşünürlər ki, bu da hazırda orbitdə fəaliyyət göstərən ən kiçik telekommunikasiya peyklərinin çəkisindən iki dəfə yüngüldür. Bundan başqa, aparatların hazırkı analoqlarından xeyli ucuz olacağı gözlənilir. Belə ki, onların dəyəri 1 milyon dollardan çox olmayacaq. Peykləri orbitə “SpaceX Falcon 9” şirkətinə məxsus raketlərin çatdıracağı nəzərdə tutulur.
 
Bildirilir ki, internet peyklərinin istehsalı üçün E.Mask və Q.Uayler Florida və ya Kolorado ştatında yeni zavod tikmək fikrindədirlər. Tərəfdaşlar orbitə 700 aparat göndərməyə nail olsalar, onların peyk qrupu dünyanın nəhəng peyk telefon rabitəsi operatoru – ABŞ-ın “Iridium Comminications” şirkətinin peyklərindən on dəfə böyük olacaq.
 
Layihəyə yatırılacaq investisiyaların məbləğinin 1 milyard dollara yaxın olacağı gözlənilir. E.Mask və Q.Uayler layihənin həyata keçirilməsi üçün bir sıra aparıcı texnoloji şirkətləri də cəlb etmək niyyətindədirlər.
 
E.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir, - “TASS” yazır.  



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024