12px13px15px17px
Tarix:11/11/14

ABŞ korporasiyası “Nokia” brendsiz ilk smartfonunu təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası adında “Nokia” sözü olmayan ilk "Lumia 535” smartfon modelini təqdim edib. Model 1,2 giqahers takt tezlikli dördnüvəli prosessor, 1 giqabayt tutumlu operativ yaddaş və 8 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Qurğu həmçinin 960 х 540 piksel təsvir ölçülü 5 düymlük maye-kristal panelə malikdir.

Qurğu iki variantda – bir və ya iki SİM kartı dəstəkləyən variantda buraxılacaq və hər ikisi “3G” şəbəkəsinə qoşulmanı dəstəkləyəcək. "Lumia 535” “Windows Phone 8.1” mobil əməliyyat sisteminin “Lumia Denim” yenilənməsinin idarəetməsi ilə işləyir.

Mavi, yaşıl, ağ, narıncı, tünd-boz və qara rənglərdə istehsal olunacaq smartfonu bu aydan etibarən 110 avroya almaq mümkün olacaq. “Lumia 535” əvvəlcə satışa Çin, Honkonq və Banqladeş, sonradan digər ölkələrin bazarlarına çıxarılacaq.

Qeyd edək ki, ABŞ istehsalçısı “Windows Phone” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün "Nokia Lumia” brendindən tam imtina etməklə bağlı niyyətini oktyabrın sonunda bəyan edib. “Windows Phone” sistemli qurğuların adı "Microsoft Lumia” ilə əvəzlənəcək, eləcə də “Windows” istehsalçısının adı “Lumia” istehsal xəttindən olan gələcək modellərin qapağının ön və arxa tərəflərində qeyd olunacaq. Bundan əlavə, “Microsoft” korporasiyası “Nokia”-nın ayrı-ayrı məhsullara həsr edilən bütün saytlarını və sosial şəbəkələrdəki hesablarının adını dəyişib, - “Vesti ” yazır.   
 



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024