12px13px15px17px
Tarix:11/11/14

Azərbaycanda lizinqə verilən kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı müraciətlərin internet üzərindən qəbuluna başlanılıb

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə əlaqədar noyabrın 1-dən nazirliyin  və “Aqrolizinq” ASC-nin internet saytı  vasitəsi ilə onlayn rejimdə müraciətlərin qəbuluna başlanılıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında elan yerləşdirilib.

Güzəşt üçün yuxarıda qeyd olunan internet saytlarında qeydiyyatdan keçməklə ərizələri daxil etmək olar.
Qeyd edək ki, sözügedən güzəştlərin tətbiqi Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq həyata keçirilir.

CAHANGİR
 



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024