12px13px15px17px
Tarix:12/11/14

Avropalıların 22 faizi xarici internet mağazalarında alış-veriş edir

2014-cü ilin üçüncü rübündə Avropa İttifaqı (Aİ) əhalisinin dörddə bir hissəsi xarici internet mağazalarında alış-veriş edib.
 
Bazarda artıq möhkəmlənən populyar ticarət meydançaları üçün digər ölkələrin alıcıları böyük artım potensialına malikdir. Avropa bazarına xidmətlər təqdim etməyi planlaşdıran internet pərakəndə satış nöqtələri diqqəti iri iqtisadiyyata malik dövlətlərin daxili bazarda alış-verişə üstünlük verməsinə görə kiçik ölkələrə yönəldir.
 
Xarici mağazaların saytlarına daha çox elektron kommersiyanın zəif inkişaf etdiyi kiçik Avropa ölkələrinin sakinləri daxil olur. Son üç ayda isveçlilərin 30 faizi, ispanların 29 faizi və italyanların 28 faizi öz ölkələrindən kənarda internet mağazalarında məhsul sifariş etdiyi halda Almaniya vətəndaşlarının yalnız 16 faizi alış-veriş üçün milli internet məkanını tərk edib. 
 
Yerli internet mağazalarının məhsulları ilə seçimini məhdudlaşdırmayan alıcılar adətən daha çox alış edirlər. Alıcılar öz ölkələrinin internet mağazalarında orta hesabla 228 avro xərcləyirlər, halbuki xarici ticarət meydançalarında istehlakçı 337 avroyadək ödəməyə hazırdır, - “Payspace www.payspacemagazine.com” yazır.



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024