12px13px15px17px
Tarix:12/11/14

Azərbaycan qanunvericiliyində internetdə uşaq hüquqlarının qorunması məqsədilə dəyişikliklər ediləcək

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 17-də Bakıda Uşaqların internetdə hüquqlarının qorunması ilə bağlı forum keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir Azərbaycan İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində dünyada BMT-nin "Uşaq hüquqları" konvensiyasının qəbul olunmasının 25 illiyinə həsr olunmuş aylıq çərçivəsində keçiriləcək.
 

BMT-nin "Uşaq hüquqları" konvensiyasını şərh edən Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, bu konvensiyada 15 yaşadək uşaqların işə cəlb edilməsi, uşaq pornoqrafiyasının çəkilişi, paylaşması və dövriyyəsi, kibersahədə uşaqların hüquqlarının qorunması ilə bağlı məsələlər öz əksini tapıb.

"Bütün bunlarla yanaşı, qed etdiyimiz məsələlər "Kibercinayətkarlıq haqda konvensiya"da daha əhatəli şəkildə qeyd olunub. Qanunvericiliyə görə, belə hallar aşkar edildikdə qeyd edilən qeyri-qanuni əməllərlə məşğul olan şəxslərə qarşı 8-10 min manat həcmində cərimələnməsi, 5-8 ilədək azadlıqdan məhrum edilmə cəzası tətbiq edilir və bu işlərin təşkilində vəzifəli şəxs iştirak edirsə, o, üç ilədək hər hansı vəzifə tutmaq hüququndan məhrum edilir. Azərbaycanda 2015-ci ildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə dəyişikliklərin edilməsi nəzərdə tutulur", - deyə B. Məmmədov qeyd edib.
 
Aynur Vəliyeva



Baxış sayı: 814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024