12px13px15px17px
Tarix:13/11/14

ABŞ Konqresi internet mağazalarında satışdan verginin tutulması haqqında qanunu qəbul etməyəcək

2013-cü ilin mayında ABŞ Senatı tərəfindən internet mağazalarında satışdan verginin tutulması haqqında qanun qəbul edilib, lakin Nümayəndələr Palatasının spikeri Con Beynerin onun əleyhinə çıxış etməsinə görə qanun layihəsi səsverməyə çıxarılmayıb.

Növbəti ildə qanun tərəfdarları onu yenidən konqresdə müzakirəyə çıxarmağa çalışacaqlar, lakin bu halda onlar müzakirə prosedurunu əvvəldən başlamalı olacaqlar.
 
Qanun əleyhdarları hesab edirlər ki, qanun əslində internetdə alış üçün yeni vergi tətbiq etsə də, əksər kiçik biznes müəssisələri onu yığmayacaqlar. Bununla belə, digər ticarət şirkətləri yeni qaydaların tətbiqi zamanı xərclərlə üzləşəcək.

Qanun tərəfdarları isə qeyd edirlər ki, qüvvədə olan qaydalar internet mağazalarından fərqli olaraq satışdan vergi yığan adi pərakəndə satış mağazalarına qarşı ədalətsizliyə yol verir.

Bundan başqa, satışdan verginin tətbiq edildiyi 46 ştatın əksəriyyətində alıcılar müstəqil şəkildə vergi orqanlarına internetdə alış-veriş barədə məlumat verir və satış vergisini ödəyirlər.

C.Beyner satışdan vergi haqqında qanunun əvəzinə konqresə qüvvədə olma müddəti dekabrda başa çatan internetə çıxış üçün verginin tətbiqinə moratoriumun uzadılmasını təklif edir, "Computerworld ” yazır.



Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024