12px13px15px17px
Tarix:13/11/14

ƏƏSMN-in yalnız iki e-xidməti üzrə istifadəçi sayı ölkə üzrə ümumi istifadəçi sayının 36,6 faizini təşkil edir

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı son bir ayda 256 232 ədəd təşkil edib.

Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sözügedən xidməti “Elektron hökumət” portalının ən çox istifadə olunan elektron xidmətlər üzrə təqdim etdiyi siyahıda ilk yeri tutmaqda davam edir.
 
Ümumiyyətlə, indiyədək “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 1 877 634 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətindən isə 176 000 dəfə istifadə olunub. ƏƏSMN-in hər iki xidmət növü üzrə bu vaxta qədər istifadə sayı 2 053 634-dür ki, bu da “Elektron hökumət” portalı vasitəsilə e-xidmətlər üzrə bu vaxta qədər ümumi istifadə sayının (5 597 818 ədəd) 36,6 faizini təşkil edir.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, cari ilin 1 iyulundan tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi işçi və işəgötürənlər arasında bağlanan əmək müqavilələrinin, bu müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formalarında elektron qeydiyyatdan keçirilməsi üçündür.
 
Bağlanan hər bir əmək müqaviləsi, yaxud ona dəyişiklik edilməsi və ya xitam verilməsi həmin sistemdə  qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir.
 
Əmək münasibətlərinin elektron qeydiyyatı əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün  etibarlı hüquqi əsasın formalaşmasına, sosial sığorta haqları və s. daxilolmaların artmasına yönəlib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024