12px13px15px17px
Tarix:14/11/14

Azərbaycan aliminin uğurları

İnformasiya texnologiyaları inqilabı XX əsrin 60-cı, biotexnologiyalar 90-cı illərdə sürətli inkişaf  yolu keçib. Növbəti proses isə nanotexnologiyalardır ki, hazırda əsrimizi onun adı ilə bağlayırlar. Yəni iyirmi birinci yüzillik nanotexnologiyalar əsri adlandırılır.  

Amerikada aparılan elmi tədqiqatların əksəriyyətinə himayədarlıq edən ABŞ Milli Elm Fondu 2006-cı ildə "NBIC Convergence"  hesabatını dərc etmişdir. "NBIC Convergence" (N - nanotexnologiya, B - biotexnologiya, İ - informasiya texnologiyası, C - koqnitiv texnologiyalar) adlanan bu hesabat yaxın 50 ildə dünya elminin əsas trendlərini təyin edir.

Alimlərin gəldiyi qənaətə görə, koqnitiv texnologiyalar müasir idarəetmə elminin yeni paradiqmasını əks etdirir və elmi-texniki tərəqqidə yeni dövrü göstərir.

EKO Energetika Akademiyasının professoru, texnika elmləri üzrə fəlsəfə doktoru Robert Qarayevin rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun (köhnə AMEA Kibernetika İnstitutu) 12 saylı laboratoriyası da 2001-ci ildən koqnitiv texnologiyalarla məşğul olur. 2003-cü ildə koqnitiv texnologiyalar sahəsindəki fəaliyyətinə görə Robert Qarayev Rusiya Elmlər Akademiyasının diplomuna və akademik N.P. Fedorenkonun İqtisadi Tədqiqatlar Beynəlxalq Elm Fondunun qrantına layiq görülüb. Ötən illərdə alimin koqnitiv mövzu üzrə ABŞ, Böyük Britaniya, Hindistan, Avstraliya və Rusiyanın bir çox nüfuzlu elmi nəşrlərində, o cümlədən "ISI Indexed" ("Thomson Reuters") jurnalında 20-dən çox məqaləsi dərc olunub.

 Robert Qarayevin  "Problemı Teorii i Praktiki Upravleniə",  ("İdarəetmənin nəzəriyyəsi və praktikası problemləri", ¹ 4, 2012-ci il) jurnalında dərc olunan "Koqnitivnıe instrumentı menedjment-konsaltinqa" ("Menecment-konsaltinqin koqnitiv alətləri") məqaləsi isə bu yaxınlarda  bir çox rus saytlarında yerləşdirilib.     

Məqaləyə  dünyanın bir çox məşhur alimləri, elmi işçiləri və məşhur akademiyaların tələbələri tərəfindən verilən rəylər də R. Qarayevin  necə fundamental mövzu üzərində çalışdığını təsdiqləyib.

Təkcə bu məqaləyə görə sayt sahibləri 70 min manatdan çox gəlir əldə ediblər. Məqalə Rusiya, Ukrayna və Qazaxıstanın qabaqcıl ali məktəblərinin kitabxana saytlarında yerləşdirilib.

 





Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024