12px13px15px17px
Tarix:14/11/14

Nazirlər Kabinetinin qərarına əsasən "Elektron xidmət növlərinin Siyahısı"na yeni xidmətlər əlavə edilib

Azərbaycan Nazirlər Kabinetinin 365 №-li qərarına əsasən "Elektron xidmət növlərinin Siyahısı"na nəqliyyat sahəsi üzrə yeni elektron xidmətlər əlavə edilib.
 
“ICTnews” xəbər xidmətinin  sənədə istinadən verdiyi məlumata əsasən, Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"na “Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi” və “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi” xidmətlərinin əlavə edilməsini qərara alıb.
 
Aynur Vəliyeva



Baxış sayı: 478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020