12px13px15px17px
Tarix:14/11/14

Gənc Mühəndislər “Azərkosmos” ASC-də olublar

 “Gənc Mühəndislərin  İnkişafı” İctimai Birliyinin bir qrup mühəndislik  peşəsinin  ayrı-ayrı ixtisaslarında təhsil  alan üzvləri, eləcə də  əmək fəaliyyəti  ilə məşğul olan  gənc  mühəndislər “Azərkosmos” ASC-nin  Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər ediblər.
 
13 noyabr 2014-cü ildə baş tutan səfərdə onlara “Azərkosmos”un fəaliyyəti, “Azerspace-1” telekommunikasiya peykinin istehsalı prosesi, əhatə zonası, göstərdiyi xidmətlər və iş prinsipi, ƏYPİM-dəki yerüstü sistemlərlə bağlı geniş məlumat  verilib.
 
Peykin idarə olunması və stansiyada müxtəlif hava  şəraitində görülən tədbirlər barədə məlumatlar iştirakçıların böyük marağına səbəb olub.
 
Səfərin sonunda “Gənc  Mühəndislərin  İnkişafı” İctimai Birliyinin üzvlərinə “Azərkosmos” ASC adından hədiyyələr  təqdim olunub və iştirakçılarla birgə xatirə şəkli çəkilib.
 
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.
 
2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.



Baxış sayı: 1220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Sentyabr 2020

24 09 2020

24/09/20
“Zoom” xidmətinin “Android” versiyası yeni funksiyalar əldə edib

Bu il videokonfranslar üçün “Zoom” proqramı koronavirus pandemiyası fonunda çox böyük populyarlıq 

24/09/20
Avropa Komissiyası Avropa İttifaqında superkompüter istehsalına 8 milyard sərmayə yatırır

Avropa Komissiyası "rəqəmsal suverenlik" üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına

24/09/20
“Android TV 11” əməliyyat sistemi təqdim edilib

“Google” şirkəti “Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyən televizorlar üçün “And

24/09/20
“Mini LED” ekranlı və “5G” dəstəkli “Xiaomi” televizoru nümayiş olunub

“Xiaomi” şirkəti yeni nəsil qabaqcıl “Mi TV Master Extreme Edition” televizorunu rəsmən nümayiş etdirib.

24/09/20
“Samsung” şirkəti “Galaxy S20 FE” smartfonunu nümayiş etdirib

“Samsung Electronics” şirkəti mövcud qabaqcıl modellərin sadələşdirilmiş versiyası olan “Galaxy S20 Fan E

24/09/20
“Samsung”: “Smartfonlar evdən işləyərkən istifadəçilərin çoxməqsədliliyini artırıb”

“Samsung” şirkəti özünütəcridə və məsafədən iş və distant təhsil üçün platformalara tələbatın kəskin

24/09/20
“MWC 2021” sərgisi təxirə salınıb

Dünya mobil rabitə operatorlarının maraqlarını təmsil edən və Barselonada “Mobile World Congress” sərgisi

24/09/20
“LG” orta büdcəli iki smartfonunu təqdim edib

“LG” şirkəti eyni anda ortabüdcəli “K62” və “K52” smartfonlarını təqdim edib.