12px13px15px17px
Tarix:17/11/14

ABŞ sürücülərinin əksəriyyəti sükan arxasında SMS yazır

İnsanların çox hissəsi sükan arxasında SMS oxumağın və yazmağın təhlükəli olması fikri ilə razıdır.

ABŞ-ın “AT&T” mobil rabitə operatoru tərəfindən rəyi soruşulan amerikalıların 98 faizi belə cavab verib. Lakin respondentlərin dörddə üç hissəsi təhlükəyə baxmayaraq bunu edir və təhlükənin sovuşacağına inanır. Onların qarşısını hətta əksər ştatlarda buna görə cəzanı nəzərdə tutan qanunun qəbil edilməsi də almır.
 
Rəyi soruşulanların üçdə iki hissəsi bildirib ki, işıqforun qırmızı işığında və ya “Stop” nişanında dayanan zaman sükan arxasında SMS oxuyur. Onların dörddə bir hissəsi qeyd edib ki, bilavasitə maşını sürərkən SMS göndərir, eləcə də avtomobili idarə edən zaman eyni anda asanlıqla bir neçə şeyi edə bilir.    
 
Sorğuda ümumilikdə müntəzəm maşın sürən və gündə ən azı bir SMS göndərən 16-65 yaşlı 1004 amerikalı iştirak edib.  
 
“AT&T” şirkəti sorğunu “iPhone” üçün telefon sahibi avtomobili saatda 24 km/saat və ya daha sürətli idarə edən zaman daxil olan SMS bildirişinin səsini avtomatik söndürən pulsuz “DriveMode” əlavəsinin buraxılışı ərəfəsində sifariş edib. Bu funksiyanı lazım olanda söndürmək də mümkündür. Məsələn, bunu sərnişinlər edə bilər.
 
“DriveMode” əlavəsi ilkin olaraq “Android” və “BlackBerry” mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün buraxılıb. Hazırda isə ondan “iPhone” üçün istifadə etmək olar. Əlavə müxtəlif operatorların idarəetməsi ilə işləyən qurğularda işləyə bilsə də, "AT&T” şəbəkəsində unikal funksiyaya malik olacaq, - "Telekomza" yazır.



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024