12px13px15px17px
Tarix:17/11/14

ABŞ Dövlət Departamentinin elektron poçt sisteminin fəaliyyəti müvəqqəti dayandırılıb

ABŞ Dövlət Departamenti elektron poçt sisteminin fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Buna səbəb mütəxəssislər tərəfindən sistemin haker hücumundan mühafizəsinin gücləndirilməsi üzrə işlərin aparılmasına yaranmış zərurət olub.
 
Cari ilin oktyabrın sonunda Ağ Evin kompüter şəbəkəsində şübhəli aktivlik qeydə alınıb. Fəallıq məxfi şəbəkələrdə yox, ABŞ Administrasiya rəhbərinin icraçı ofisinin kompüterlərində müşahidə olunub. ABŞ Dövlət Departamentinin nümayəndələri bildiriblər ki, eyni vaxtda analoji insident onlarda da baş verib.   
 
Baş verənlərlə əlaqədar olaraq ötən cümə günü ABŞ Dövlət Departamentinin elektron poçt servisi şəbəkənin mühafizəsinin gücləndirilməsi üzrə işlərin aparılması üçün bağlanıb. İlkin məlumatlara görə, işlər bazar ertəsi və ya çərşənbə axşamı başa çatacaq, - “Vesti” yazır.



Baxış sayı: 870

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024