12px13px15px17px
Tarix:17/11/14

ƏMDK: “Geniş tətbiq edilən elektron xidmətlər hesabına daşınmaz əmlakın qeydiyyatı artmaqda davam edir”

Son illərdə daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmət səviyyəsinin yüksəldilməsi, əhalinin xidmətlərdən daha rahat və çevik şəkildə faydalanması, vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
 
Qeydiyyat prosesinin sadələşdirilməsi, elektron və onlayn xidmətlərin tətbiqi, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, mobil ofis xidmətlərinin tətbiqi bu istiqamətdə fəaliyyətin əlamətdar nəticələridir. Daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi ilə yanaşı, bu inkişafın istiqamətləri və tətbiq edilən yeniliklər haqqında əhali arasında müntəzəm maarifləndirmə tədbirləri də həyata keçirilir.
 
 Daşınmaz əmlakın qeydiyyatının iqtisadi və sosial səmərələri ictimaiyyətə çatdırılır, qeydiyyat prosedurları və praktik tərəfləri vətəndaşlara və maraqlı tərəflərə izah olunur. Məhz bu tədbirlər daşınmaz əmlakın qeydiyyatının sürətlə artmasına səbəb olmaqdadır.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda daşınmaz əmlakla hüquqi əməliyyatların sayı artıb:
 
“Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Bu ilin ilk 10 ayında 47,3 min daşınmaz əmlak ilkin qeydiyyata alınıb və s. Əmlakla əməliyyatların artımının əsas səbəbi ölkədəki iqtisadi aktivlik, daşınmaz əmlakın biznes proseslərə getdikcə daha aktiv cəlb edilməsidir. Bundan başqa, aparılan maarifləndirmə tədbirləri nəticəsində ölkə vətəndaşları əmlakın qeydiyyatının vacibliyini və gətirdiyi faydaları hiss etməyə başlayıb. Əmlakla əməliyyatların artmasının digər səbəbi komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsi olub. Belə ki, ƏMDK-da qeydiyyat prosesində operativlik artıb, qeydiyyat müddəti azalıb, geniş tətbiq edilən elektron xidmətlər (məsələn, məhdudiyyət arayışlarının onlayn verilməsi) isə qeydiyyat prosesindəki bəzi prosedurları ümumiyyətlə aradan qaldırıb”.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 472

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020