12px13px15px17px
Tarix:17/11/14

“Aztelekom” İB-də gənclərin təklifləri müzakirə olundu

“Aztelekom” İB-də çalışan, intellektual səviyyəsi yüksək gənclərin İKT sahəsinin inkişafına dair yeni bilik və təklifləri ilə bağlı müzakirə keçirilib. 

“Aztelekom” İB-nin Marketinq və Satış Departamentinin rəisi Razi Tağıyev bildirib ki, “Aztelekom”da böyük potensiala malik gənclər var və məqsədimiz bu gənclərin potensialından yararlanmaqdır. “Rəhbərlik belə gənclərə böyük ümidlərlə baxır. “Aztelekom” İB-də hər bir gəncin yaradıcı fikrinə yüksək diqqət yetirilir. Bu gün yaradıcı gənclərlə birlikdə keçirdiyimiz toplantıda əsas məqsəd istedadlı gənclərin yaradıcı ideyalarını üzə çıxarıb bir yerə toplamaq, konsentrasiya etmək və bundan yararlanmaqdır.
 
 
Departament rəisi yeni təklifi, ideyası olan gənclərə rəhbərlik tərəfindən daim diqqət göstərildiyini deyib. “Ümumiyyətlə, “Aztelekom”dakı gənclər öz yüksək intellekti və fikirlərini sərbəst ifadə etmək baxımından çox inkişaf ediblər. Onlar tez-tez müxtəlif yaradıcı təkliflərlə çıxış edirlər. Yeni təkliflərlə çıxış edənlər həmişə rəhbərlik tərəfindən qiymətləndirilib və bundan sonra da bu proses davam edəcək”.  
R.Tağıyev müzakirələrin keçirilməsində əsas məqsədin ictimai əsaslarla yeni sektorların yaradılması olduğunu bildirib. “Hər yaradıcı şəxs öz profilinə uyğun sektorlarda qruplaşacaq. İlin sonunadək həftədə bir dəfə bu cür görüşlər keçiriləcək və yaradıcı gənclər yeni təkliflərin üzə çıxarılması üçün çalışacaqlar”.
 
 
Müzakirə zamanı toplantı iştirakçıları qrupların yaradılması, sektorlara bölünmə və internetdə yeni məlumatların öyrənilməsini vacib hesab ediblər.
“Aztelekom” İB-nin mütəxəssisləri bu cür müzakirələrin yaradıcı gənclər arasında sağlam rəqabət formalaşdıracağını və yeni ideyalar uğrunda yarışa çevriləcəyini bildiriblər.
 
Sonra intellektual gənclər öz yeni təkliflərini veriblər. Gənclər tərəfindən bir neçə təklif irəli sürülüb.
 
  Sonda qərara alınıb ki, intellektual səviyyəsi yüksək olan gənclərin İKT sahəsinin inkişafına dair yeni bilik və təkliflərini müzakirə etmək məqsədi ilə ayda 2 dəfə toplantı keçirilsin, ilin sonunadək təkliflər müzakirə olunaraq, ən yaxşı təkliflərin tətbiqi üçün tədbirlər həyata keçirilsin.
 
RƏVAN
 



Baxış sayı: 923

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024